Skoulz: "Lempard və Cerrardla müqayisə olunmaqdan bezmişəm"

18:32 - 18 May 2020

"Mançester Yunayted"in əfsanəvi futbolçusu Pol Skoulz İngiltərə millisində birgə çıxış etdiyi Stiven Cerrard və Frenk Lempad haqda fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, BBC-nin efirində "Hansınız daha yaxşı idiz?" sualını cavablandıran sabiq futbolçu bu müqayisələrdən bezdiyini söyləyib:

 

"Doğrusu, Lempard və Cerrardla müqayisə olunmaqdan bezmişəm. Hansımızın daha yaxşı olduğunu deməyimin heç bir mənası yoxdu. Hərənin öz fikri var onsuz. Frenk və Stivi özəl futbolçular idi. Ancaq üçümüz də bir-birimizdən fərqlənirdik.

 

Lempard qol vurmaq bacarığına görə tarixin ən yaxşı orta xətt oyunçusu idi. Arxasında Kloud Makalele kimi oyunçu olduğundan rahatlıqla hücuma çıxa bilirdi. Komandası ondan qol istəyirdi. Cerrerd isə meydanda az qala hər şeyi edə bilirdi. Çox sürətli, çox güclü, yüksək fiziki qabiliyyətlərə malik oyunçu idi. Etiraf edim, müdafiə hər üçümüzün zəif cəhəti idi. Heç birimiz yaxşı müdafiə oluna bilmirdik".

Xəbər xətti