Şəhriyar Əliyev "Sumqayıt"dan ayrıla bilər

"Sumqayıt"ın müdafiəçisi Şəhriyar Əliyev yeni mövsüm fərqli klubda çıxış edə bilər.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi bir neçə klubdan daha yaxşı şərtlərlə təklif alıb. Buna görə də "Sumqayıt"ın Əliyevi komandada saxlaması çətinləşib.

 

Koronavirus pandemiyasına görə qeyri-müəyyənlik yarandığı üçün "kimyaçılar"ın "Çin səddi" gözləmə mövqeyindədir.

 

Azərbaycan millisinin üzvünün müqaviləsi mövsümün sonunda başa çatacaq. "Bakı"nın yetirməsi bu mövsüm 16 oyun keçirib.

Tarix: 21 May [17:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 İyun 2020
1  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio