"Milan" İbrahimoviçin durumunu açıqladı

"Milan" məşqdə zədələnən Zlatan İbrahimoviçin durumunu açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu sağ baldırından zədələnib. İsveçli oyunçu vətərindən xəsarət almayıb.

 

İbrahimoviç 10 gün sonra yenidən tibbi müayinədən keçəcək. Onun 2 aya qədər yaşı lmeydanlardan uzaq qalmaq ehtimalı var.

 

İbrahimoviçin "Milan"la müqaviləsi mövsümün sonunda başa çatır.

Tarix: 27 May [09:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio