Almeyda BƏƏ klubundan ayrılır

Azərbaycan millisinin üzvü Riçard Almeyda Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubundan ayrılmağa hazırlaşır.

 

Sportal.az "Al Roeya" nəşrinə istinadən xəbər verir ki, Abu-Dabi təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə yollarını ayırmağa qərar verib.

 

Braziliyalı futbolçu ümidləri doğrultmadığı üçün komandadan göndəriləcək.

 

Almeyda qış fasiləsində "Qarabağ"dan ayrılıb, "Baniyas"a keçmişdi. O, BƏƏ klubu ilə 2,5 illik müqavilə imzalamışdı.

Tarix: 27 May [10:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio