Premyer Liqa bərpa olunur - RƏSMİ

Koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-dən etibarən davam etdiriləcək.

 

Sportal.az xəbər verir ki, klublar bununla bağlı razılığa gəlib. Əgər koronavirusla bağlı vəziyyət pisləşməsə, yarış rəhbərliyi Premyer Liqanı bərpa edəcək.

 

İyunun 17-də "Şeffild Yunayted" "Aston Villa" ilə, "Mançester Siti" isə "Arsenal"la üz-üzə gələcək.

 

Premyer Liqa klublarına 3 həftəlik kollektiv hazırlaşmaq izni verilib.

 

Premyer Liqada 29 tur geridə qalıb. Yarışın turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir. 2-ci yerdə qərarlaşan "Mançester Siti" "qırımızılar"dan 25 xal geridədir.

 

Tarix: 28 May [21:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 İyul 2020
14  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio