Federasiya kubokunda finalın vaxtı açıqlandı

23:23 - 29 May 2020

İngiltərə Futbol Assosiasiyası Federasiya kubokunda yerdə qalan oyunların vaxtını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 1/4 final mərhələsinin oyunları iyunun 27-28-də, yarımfinal matçlarının isə iyulun 11-12-də keçirilməsi planlaşdırılır.

 

Kubokun finalı avqustun 1-nə təyin edilib.

 

1/4 finalın cütləri:

"Lester Siti" - "Çelsi"
"Nyukasl" - "Mançester Siti"
"Şeffild Yunayted" - "Arsenal"
"Norviç" - "Mançester Yunayted".

Xəbər xətti