AFFA-nı gözlədən futbolçu Rusiya klubu ilə müqaviləsini uzatdı

10:16 - 30 May 2020

Rusiyanın "Ufa" klubu azərbaycanlı futbolçu Azər Əliyevin mayın 31-i başa çatacaq müqaviləsini uzadıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 26 yaşlı futbolçu mövsüm başa çatana qədər "Ufa"da qalacaq.

 

Azər 2018-ci ildən Premyer Liqa klubunda çıxış edir.

 

AFFA-nın diqqət mərkəzində olan cinah futbolçusu Azərbaycan millisinə gəlməkdə qəti qərar verməyib. Rusiya pasportu daşıyan Əliyev çempionatda əcnəbi limitinə düşməmək üçün Azərbaycan yığmasında oynamaq istəmir.

Xəbər xətti