Samirə zəngin iş adamı ilə şəkillərini paylaşdı - FOTOLAR

12:53 - 30 May 2020

Azərbaycan millisinin keçmiş bədii gimnastı Samirə Mustafayeva həyat yoldaşı Nikolay Kondratyukla fotolarını paylaşıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı idmançı zəngin rus iş adamı ilə fotolarını "Instagram"da paylaşıb və izləyicilərdən hansının daha yaxşı olduğunu soruşub.

 

Samirənin hesabında 724 min izləyici var. Cütlük iki il öncə Fransanın Riviera sahillərində yerləşən Sent-Anes bölgəsində nikah bağlayıblar.

 

Xəbər xətti