"Yuventus" Pyaniç üçün Fatini istədi

"Yuventus" yarımmüdafiəçisi Miralem Pyaniçi transfer etmək istəyən "Barselona"ya şərt qoyub.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisi katalonların vingeri Ansu Fatinin anlaşmanın bir hissəsi olmasını istəyir.

 

Daha öncə İspaniya mətbuatında Qvineya-Bisau əsilli ispan futbolçunun "Barsa"da satılmayacağı qərar verilən altı futbolçudan biri olduğu yazılmışdı. 17 yaşlı futbolçu bu mövsüm 21 oyunda 4 qol vurub, 1 assist edib.

 

"Barselona" Miralem Pyaniçlə yarımmüdafiəçisi Artur Melonun dəyişdirilməsinə müsbət yanaşır.

 

30 yaşlı yarımmüdafiəçi 2016-cı ildə "Roma"dan 35 milyon avro qarşılığında "qoca sinyora"ya keçib. Bosniyalı futbolçunun "Yuventus"la müqaviləsi 2023-cü ilin iyunun 30-dəkdir.

Tarix: 31 May [09:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio