Ranqnik "Milan" rəhbərliyindən bu futbolçuları tələb etdi

"Milan"ın baş məşqçi olmağa hazırlaşan alman mütəxəssis Ralf Ranqnik planlarını cızmağa başlayıb.

 

Sportal.az xəbər verir ki, 61 yaşlı mütəxəssis klubun baş meneceriİvan Qazidis və sahibi Pol Sinqerlə transferləri müzakirə edib. Ranqnik öz sistemini qurmaq üçün rəhbərlikdən 5 transferin reallaşmasını istəyib

 

Alman mütəxəssis "Fiorentina"nın müdafiəçisi Nikola Milenkoviç, PSV-nin cinah oyunçusu Danzel Dumfirs, "Benfika"nın yarımmüdafiəçisi Florentinu Luiş, "Zalsburq"un orta sahə futbolçusu Dominik Soboslai və "Real"ın hücumçusu Luka Yoviçi sərəncamında görmək istədiyini bildirib.

 

Ralf Ranqnikin "Milan"dakı köməkçilərinin Aredo Brayd və Daniele Boneranın olacağı gözlənilir.

Tarix: 3 İyun [10:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio