De Bruyne "Real"a keçmək istəyir?

17:17 - 6 İyun 2020

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını Madrid "Real"ında davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, belçikalı futbolçunun agentliyini edən şirkət onu "kral klubu"na təklif edəcək.

 

28 yaşlı oyunçunun müqaviləsi 2023-cü ilin yayında başa çatır. O, klubun UEFA-dan 2 illik cəza aldığı üçün ayrılmaq barədə düşündüyünü açıqlamışdı.

 

"Mançester Siti" "Genk"in yetirməsini 2015-ci ildə "Volfsburq"dan 76 milyon avroya transfer edib.

Xəbər xətti