AFFA "Mançester Yunayted"in əfsanəsinə təklif göndərdi

10:24 - 30 İyun 2020

“Mançester Yunayted”in əfsanəvi futbolçusu Roy Kin Azərbaycan yığmasının baş məşqçisi ola bilər.

 

Sportal.az “The Sun” nəşrinə istinadla xəbər verir ki, irlandiyalı mütəxəssislə danışıqlar aparılır. AFFA yığmanı Millətlər Liqasının oyunları üçün 48 yaşlı mütəxəssisə tapşırmaq fikrinə düşüb.

 

Xəbərdə şərtlərin cəlbedici olduğu bildirilir. Mütəxəssis Azərbaycan millisində çalışmağın doğru seçim olacağını düşünsə, təklifi qəbul edəcək. Kinin 48 saat ərzində cavab verməli olduğu qeyd edilib.

 

AFFA-ya yaxın mənbə nəşrə təsdiq edib ki, Kin milli üçün ən yaxşı seçimdir.

 

Kin baş məşqçiliyə 2006-cı ildə "Sanderlend"i çalışdırmaqla başlayıb. O, 2009-2011-ci illərdə "İpsviç" klubunu çalışdırıb. Veteran futbolçu İrlandiya millisində, "Aston Villa" və "Nottingem Forest" klublarında köməkçi məşqçi olub. Kin 2019-cu ildən televiziyada ekspert çalışır.

Xəbər xətti