UEFA AFFA-ya da yardım ayıracaq

18:18 - 1 İyul 2020

UEFA quruma üzv olan 55 federasiyaya yardım edəcək.

 

Sportal.az xəbər verir ki, 2004-cü ildə başlayan "HatTrick" proqramının bu gün dörd illik perioduna start verilib. Qurum 2020-2024-cü illər aralığı üçün 775,5 milyon avroluq fond yaradıb.

 

Əvvəlki illərlə müqayisədə yardım 27 faiz artıb.

 

2024-cü ildən etibarən isə federasiyalara 2,6 milyard avro vəsait paylanılması üçün fond yaradılacaq.

Xəbər xətti