Sane "Bayern"lə müqavilə imzaladı

09:25 - 3 İyul 2020

"Bayern" "Mançester Siti"nin futbolçusu Leroy Saneni transfer edib.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "şəhərlilər"ə bu keçid üçün 54,8 milyon funt-sterlinq təzminat ödəyib. 24 yaşlı vingerlə 5 illik sözləşmə bağlanılıb. Onun həftəlik maaşı 385 min funt-sterlinq olacaq.

 

"Mançester Siti" Almaniya millisinin üzvünü 2016-cı ildə "Şalke"dən 50,5 milyon avroya transfer etmişdi.

Xəbər xətti