Milan Baroş karyerasını bitirdi

Çexiya millisinin keçmiş üzvü Milan Baroş karyerasını bitirib.

 

Sportal.az xəbər verir ki, ölkəsində "Banik" klubunda çıxış edən 38 yaşlı hücumçu zədəsinə görə belə qərar verib:

 

"Beynim futbola davam etmək istəyir, ancaq bədənim "dayan" deyir. "Axilles vətəri"ndəki problem futbola davam etməyimə icazə vermir. Uzun müddətdir zədəliyəm. Məşq etməkdə çətinlik çəkirəm. 22 illik karyeramı təəssüf ki, zədəyə görə bitirdim. İstirahət etmək istəyirəm. Bir müddət ailəmin yanında olacağam. Gələcək üçün yaxşı düşündükdən sonra qərar verəcəyəm".

 

Milan Baroş 2005-ci ildə "Liverpul"un heyətində Çempionlar Liqasının qalibi olub. Təcrübəli hücumçu "Aston Villa", "Lion", "Qalatasaray", "Antalyaspor" kimi klublarda da çıxış edib.

Tarix: 4 İyul [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2020
13  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio