Nicatın qolu "Samtredia"ya kömək etmədi

00:00 - 5 İyul 2020

Gürcüstan çempionatında 4-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Nicat Qurbanovun çıxış etdiyi “Samtredia” səfərdə “Kaxeti” ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

 

Nicat start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 9-cu dəqiqədə penaltini dəqiq yerinə yetirməklə komandasının yeganə qolunu vurub. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm 2-ci dəfə fərqlənib.

 

“Samtredia” 4 xalla 10 komanda arasında 6-cıdır.

Xəbər xətti