Rövşən Binnətli ilə Fikrət Adıgözəlli də koronavirusa yoluxdu

14:57 - 6 İyul 2020

AzTV-nin daha iki əməkdaşı koronavirusa yoluxub. 

 

Sportal.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya qurumun sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərgiz Rəfiyeva məlumat verib.

 

O qeyd edib ki, İdman televiziyasının əməkdaşları Rövşən Binnətli və Fikrət Adıgözəllinin koronavirus testinin nəticəsi pozitiv çıxıb: “Onlar hazırda xəstəxanada müalicə alırlar”.

Xəbər xətti