Əfran İsmayılov Gürcüstandan təklif alıb: "Həmin yerdə ermənilər çox olsa, razılaşmayacağam"

10:24 - 7 İyul 2020

"Keşlə"dən ayrılan Əfran İsmayılov karyerasını Gürcüstanda davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Milli Dəstə"nin "Facebook" səhifəsinə müsahibəsində bu barədə məlumat verib verib:

 

"Keşlə"dən ayrılmışam. Klubdan mənə zəng etmişdilər. Burada heç bir problem yoxdur. Futbolçu həyatı belədir, daim bir yerdə olmursan. Əsas odur, ruhdan düşməyəsən, insan belə şeyləri dərd etməməlidir. Rayona gəlmişəm, dayıma kənddəki işlərində kömək edirəm. 

 

Rayonda otursam da, Gürcüstandan təklif almışam. Ola bilər ki, bu barədə fikirləşim. Açığı, bəzi məsələləri də düşünürəm. İndi qeyri-müəyyən durumdur. Ancaq sərhədlər açılandan sonra ola bilsin ki, Gürcüstana gedib, danışıq aparacağam. Amma indi bütün fikrim kənddədir və dayıma kömək edirəm.

 

Gürcüstandan Avropaya çıxış daha rahatdır. Götür-qoy edəndən sonra görürəm ki, Gürcüstana maraq var. Bir tərəfim gürcüstanlıdır və Tbilisi mənə doğma şəhərdir. Bu barədə fikirləşirəm, ancaq nüanslar çoxdur. Məsələn, orada ermənilər də yaşayır. Bu nüansları nəzərdə tuturam. Belə amillərə çox həssasam və bu məsələləri danışacağam. Olduğum yerə yaxın ermənilər çox ola və ya ən zəif işdə çalışa bilərlər. Bu şeyləri danışacağam və əgər belə hal olsa, anlaşmanın olmayacağını bildirəcəyəm".

Xəbər xətti