Daha bir futbolçu "Zirə"ni tərk etdi

12:35 - 7 İyul 2020

"Zirə"də növbəti ayrılıq baş verib.

 

Sportal.az-ın məlumatına görə, qanalı hücumçu Riçard Qadze qəsəbələ klubunu tərk edib. 25 yaşlı hücumçunun başa çatan müqaviləsi uzadılmayıb.

 

Qadze ötən mövsümün qış fasiləsində qoşulduğu "Zirə"də 11 oyun keçirib və 3 qol, 6 assistlə yadda qalıb. O, "Zirə" tarixində ən çox qol vuran 2-ci futbolçudur. Aktivində 13 qolu olan hücumçu lider Nelson Bonilyadan 1 top geridədir.

 

Emil Balayev, Anastasios Papazoqlu, Miloş Bakraç, Boyan Zoqoviç, Şafik Tiqruca, Adrian Skarlatake, Yovan Krneta, George Anton və Alvaro Ampuero da "qartallar"ı tərk ediblər.

Xəbər xətti