I Divizionun medalçıları mükafatlandırıldı - FOTOLAR

Peşəkar Futbol Liqasında I Divizionun 2019/2020 mövsümünün medalçıları mükafatlandırıldı.

 

Sportal.az xəbər verir ki, Covid-19 pandemiyasına görə kütləvi keçirilməyən tədbirdə əvvəlcə "Zaqatala" futbol klubunun prezidenti Musa Qurbanova bürünc medallar təqdim olundu.

 

Daha sonra gümüş mükafatçı, klubun idman direktoru Fərəc Əliyev və baş məşqçisi Mirbağır İsayevlə təmsil olunan "Səbail-2" medallarına qovuşdu.

 

Tədbirdə çempion "Turan Tovuz"u klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev, baş məşqçi İlham Yadullayev və komandanın vitse-kapitanı Aqşin Muxtaroğlu təmsil etdilər. Qızıl medallar və kubok kapitana təqdim edildi.

 

Futbolçuların medalları komandaların rəhbərliyi tərəfindən oyunçulara veriləcək.

 

 

Tarix: 16 İyul [14:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2020
21  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio