"Arzum Braziliya millisində oynamaqdır" - "Neftçi"nin yeni transferi

“Neftçi”nin yeni transferi Rener Alves De Souza klubun televiziyasına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, paytaxt klubuna keçidindən danışıb:

 

“Neftçi”yə menecerimin vasitəçiliyi ilə gəlmişəm. Təklif alandan sonra klub haqqında maraqlandım. Öyrəndim ki, ölkənin ən zəngin tarixə malik klubudu, güclü komandadı. Bu isə təklifi qəbul etməyimdə kömək oldu. “Neftçi” Avropadakı ilk klubumdur. Avropa liqasındakı mübarizədən çox şey gözləyirəm. İnanıram ki, komanda şəklində yaxşı hazırlaşacaq və qarşıya qoyulan məqsədlərə çatacağıq”.

 

Rener Alves şəxsi hədəfləri barəsində də danışıb: “Əsas məqsədim öz üzərimdə çalışmaq və mövsümboyu yüksək səviyyədə çıxış etməkdir. Ən böyük arzularımdan biri isə Braziliya milli komandasında oynamaqdır. İstəyimə çatmaq üçün dayanmadan çalışmalıyam”.

 

“Neftçi” Rener Alves De Souza ilə 2+1 illik müqavilə imzalayıb.

Tarix: 24 İyul [15:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Sentyabr 2020
26  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio