"Arsenal" Federasiya kubokunun qalibi oldu - VİDEO

22:47 - 1 Avqust 2020

İngiltərə Federasiya kubokunun finalı keçirilib.

 

Sportal.az xəbər verir ki, "Uembli"də keçirilən həlledici matçda Londonunun 2 klubu - "Arsenal" və "Çelsi" qarşılaşıblar. Görüşdə 2:1 hesabı ilə qalib gələn "topçular" 14-cü dəfə bu turnirin qalibi olub.

 

İspaniyalı baş məşqçi Mikel Arteta "Arsenal"da ilk titulunu qazanıb. Bu qələbə ilə londonlular Avropa Liqasına vəsiqə qazanıb.

 

"Arsenal" - "Çelsi" - 2:1

Qollar: Pyer-Emerik Obameyanq, 28 (pen.), 67 - Kristian Pulişiç, 5

Qırmızı vərəqə: Mateo Kovaçiç, 73

 

Xəbər xətti