"Mançester Siti" Akenin transferini tamamladı

10:15 - 5 Avqust 2020

"Mançester Siti" "Bornmut"un müdafiəçisi Natan Akeni transfer edib.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər" niderlandlı futbolçunun keçidi üçün 45 milyon avro təzminat ödəyib. 25 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Mançester təmsilçisinin yeni transferi tezliklə tibbi müayinədən keçəcək.

 

"Bornmut" mərkəz müdafiəçisini 2017-ci ildə "Çelsi"dən 22,8 milyon avroya transfer edib. Niderland millisinin üzvü başa çatan mövsüm Premyer Liqada keçirdiyi 29 oyunda 2 qol vurub, 2 assist edib.

Xəbər xətti