"Azərreyl"dən gözlənilməz qərar

15:29 - 6 Avqust 2020

“Azerreyl” 2020/2021 mövsümündə Çağırış kubokunda iştirak etməyəcək.

 

Sportal.az xəbər verir ki, “dəmiryolçular” koronavirus pandemiyasına görə turnirdən imtina etdiyini açıqlayıb.

 

Oyunçuların sağlamlığını əsas götürən paytaxt təmsilçisi Azərbaycan Voleybol Federasiyası ilə məsləhətləşmədən sonra bu qərarı qəbul edib.

 

Xəbər xətti