"Qarabağ" favoritdir, 20 milyon büdcəsi var" - "Sileks"in baş məşqçisi

Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın "Sileks" klubunun baş məşqçisi Qoran Simov püşkü dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, 45 yaşlı serbiyalı mütəxəssis matçın çətin keçəcəyini deyib:

 

“Arzuolunmaz və istənilən rəqiblər var idi. Biz güclü komanda ilə düşdük. "Qarabağ" favoritdir, investisiya, Avropa təcrübəsi və keyfiyyət baxımından bizdən xeyli irəlidədir. 20 milyon avroluq büdcələri var. "Qarabağ" favoritdir, amma daha Avropada daha çox oynamağın xəyalını qururuq. Ardıcıl 7 il Azərbaycan çempionu olan, Avropa Liqası və Çempionlar Liqasının qruplarında mübarizə aparmış möhtəşəm rəqiblə qarşılaşacağıq.

 

Daha öncə göstərdiyimiz kimi, təslim olmayacağıq və əlimizdən gələnin ən yaxşısını edəcəyik. Ümid sonda ölür. Gizli kartlarımızla oyuna hazırlaşmaq və onlara qarşı mübarizə aparmaq bizim üzərimizə düşür. Matçın neytral bir meydanda keçirilmə ehtimalına gəlincə, həmişə zəif komanda üçün iki oyundan daha yaxşı seçimdir. Ancaq bu komandalar iki oyun keçirsə, "Qarabağ"ın "Sileks"ə qarşı yenə favorit olacağını vurğulamalıyam".

 

I təsnifat mərhələsinin oyunları avqustun 18-19-da keçiriləcək.

Tarix: 9 Avqust [15:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2020
24  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio