"Sileks"in Bakı planı müəyyənləşdi

23:00 - 10 Avqust 2020

Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda "Qarabağ"la qarşılaşacaq "Sileks"in səfər planı məlumdur.

 

Sportal.az xəbər verir ki, Şimali Makedoniya klubu avqustun 17-də çarter reysi ilə Bakıya gələcək. Kratovo təmsilçisi həmin gün axşam saatlarında matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionda məşqi nəzərdə tutulub.

 

Komanda avqustun 18-i saat 20:00-da başlayacaq matçdan dərhal sonra Şimali Makedoniyaya qayıdacaq.

Xəbər xətti