İngiltərənin "Sauthempton" klubu yeni transferini açıqlayıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniyanın "Real Valyadolid" klubundan Məhəmməd Salisunu transfer edib. Qanalı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
"Müqəddəslər" bu keçid üçün La Liqa klubuna 12 milyon avro təzminat ödəyib.
21 yaşlı 2017-ci ildən Madrid klubunda çıxış edirdi. Salisu ötən mövsüm keçirdiyi 32 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi