Asif Məmmədov: "İkinci toplar uğrunda mübarizə aparmağım baş məşqçinin tapşırığıdır"

Azərbaycan Premyer Liqasının 2020-2021-ci illər mövsümündə “Qəbələ”nin ilk qolunu Asif Məmmədov vurub. Təcrübəli futbolçu I turun “Zirə” ilə ev oyununun (1:1) 3-cü dəqiqəsində erkən qol vurub.

 

Sportal.az xəbər verir ki, Asif ilk turun görüşü barədə fikirlərini klubun saytına açıqlayıb:

 

“Zirə”yə qarşı matç mövsümdə ilk oyun idi. Həmişə birinci qarşılaşma çətin olur. Buna baxmayaraq, hər iki komanda yaxşı futbol nümayiş etdirdi. Görüş çox maraqlı, qarşılıqlı hücumlar şəraitində keçdi. Hər iki komanda qalib gəlmək, mövsümə 3 xalla başlamaq istəyirdi. Uzun fasilədən sonra ilk rəsmi matçımız idi. Bu üzdən çətin olacağını öncədən hiss edirdik. Amma meydana çıxandan sonra bu çətinlik arxada qaldı. Qol vurduğum epizoda gəlincə, qayıdan, ikinci toplar uğrunda mübarizə aparmağım baş məşqçinin tapşırığıdır. Oyunun gedişində olan epizod idi ki, bu da qolla nəticələndi”.

 

İlk turun nəticəsini ədalətli hesab edən 34 yaşlı yarımmüdafiəçi Premyer Liqada yaranan fasilənin komandaya mümkün təsirindən də danışıb: “Rəqib də hücumlar təşkil edirdi. Bu matçda həm uda, həm də uduza bilərdik. Ən ədalətli nəticə heç-heçə idi. Hər iki komandanın qol şansları oldu, amma istifadə edə bilmədi. Qarşıdakı fasilənin komandaya həm müsbət, həm mənfi təsiri ola bilər. İlk turda pis oynamadıq. Bu üzdən oyunlar davam etsəydi, daha yaxşı ola bilərdi. Digər tərəfdən komandaya yeni oyunçuların gəlməsi gözlənilir. Bu müddətdə yoxlama oyunlarının keçirilə biləcəyini də nəzərə alsaq, onların uyğunlaşması baxımından fasilə xeyrimizə olar”.

Tarix: 25 Avqust [11:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Oktyabr 2020
25  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio