Millidə yeni futbolçu

15:48 - 28 Avqust 2020

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Fransa komandası ilə qarşılaşacaq Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət edilib.

 

Sportal.az xəbər verir ki, “Qəbələ” klubunun üzvü Rüfət Əhmədov hazırlıq prosesinə qoşulub.

 

Azərbaycan millisi Fransa yığması ilə sentyabrın 7-də, saat 21:00-da Sumqayıtdakı "Kapital Bank Arena"da üz-üzə gələcək.

Xəbər xətti