"Sevilya" "Sportinq"in futbolçusunu transfer etdi

"Sevilya" "Sportinq"in sol cinah müdafiəçisi Markos Akunyanın transferini tamamlayıb.

 

Sportal.az "A Bola" nəşrinə istinadla xəbər verir ki, əndəlüslər bu keçid üçün 10 milyon avro təzminat ödəyib. Daha 2 milyon avro isə bonuslar şəklində ödəniləcək. Argentina millisinin üzvünün keçidi növbəti həftə açıqlanacaq.

 

Lissabon təmsilçisi 28 yaşlı futbolçunu 2017-ci ildə Argentinanın "Rasinq" klubundan 9,59 milyon avroya transfer edib.

Tarix: 13 Sentyabr [14:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 Oktyabr 2020
29  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio