"Mölde"nin futbolçuları "Qarabağ"la oyun öncəsi sağaldılar

13:27 - 16 Sentyabr 2020

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Mölde"nin zədəli futbolçuları sağalıb.

 

Sportal.az xəbər verir ki, 3 ay əvvəl dizindən zədələnən yarımmüdafiəçi Stian Qriqersen hazır vəziyyətə gəlib. Onunla yanaşı, Matis Bolli də sağalıb.

 

Bu gün Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Mölde" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Xəbər xətti