Milli FIFA reytinqində irəlilədi

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığması ötən siyahı ilə müqayisədə 2 pillə irəliləyərək 112-ci sıraya yüksəlib. Millətlər Liqasında evdə Lüksemburqa 1:2 hesabı ilə uduzan, səfərdə Kiprə 1:0 hesabı ilə qalib gələn Canni De Byazinin baş məşqçisi olduğu komanda hesabını 2 xal artırıb.

 

Hazırda millinin aktivində 1179 xal var. Yığma 112-ci pilləni Nigerlıə bölüşür.

 

Siyahıya 1773 xalla Belçika başçılıq edir. Fransa 2-ci (1744), Braziliya 3-cüdü (1712).

Tarix: 17 Sentyabr [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2020
23  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio