"Omoniya" "Srvena Zvezda"nı penaltilərlə məğlub etdi - VİDEO

13:21 - 17 Sentyabr 2020

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Kiprin "Omoniya" klubu evdə "Srvena Zvezda" ilə qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1. Penaltilər seriyasında isə Kipr təmsilçisi qalib olub.

 

"Omoniya" pley-offda Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşacaq.

 

"Omoniya" (Kipr) - "Srvena Zvezda" (Serbiya) - 1:1 (pen. 4:2)

Qollar: Mixael Lüftner, 31 - Mirko İvaniç, 45

 

Xəbər xətti