"Trabzonspor"da yeni hücumçu

17:29 - 17 Sentyabr 2020

Türkiyənin "Trabzonspor" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "bordo mavilər" İngiltərənin Çempionşip təmsilçisi "Stok Siti"də çıxış edən Benik Afobeni heyətinə qatıb. Trabzon təmsilçisi 27 yaşlı hücumçunu 1 illik icarəyə götürüb. "Bordo-mavilər" bu keçid üçün 100 min avro təzminat ödəyib.

 

"Stok Siti" Konqo əsilli ingilis futbolçunu 2019-cu ilin yanvarında "Vulverhempton"dan 13,5 milyon avroya transfer edib. 

Xəbər xətti