Zahavi Çin klubundan ayrıldı - yeni klubu bəlli oldu

23:39 - 18 Sentyabr 2020

İsrail millisinin üzvü Eran Zahavi Çinin "Quançjoy Fuli" klubu ilə müqaviləsini ləğv edib.

 

Sportal.az "De Telegraaf" nəşrinə istinadla xəbər verir ki, 33 yaşlı hücumçu PSV ilə razılığa gəlib. O, yeni klubu ilə müqavilə imzalamaq üçün bu həftə Niderlanda yola düşəcək.

 

Təcrübəli hücumçu ilə iki illik müqavilə imzalanması planlaşdırılır. 

 

Zahavi Çin klubunda illik 8-10 milyon avro maaş alırdı. O, 2016-cı ildən çıxış etdiyi klubda 106 oyunda 91 qol vurub, 27 məhsuldar ötürmə edib.

Xəbər xətti