"İnter" Vidalı 1 milyona transfer etdi

"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidal karyerasını İtaliyanın "İnter" klubunda davam etdirəcək.

 

Sportal.az "Sky Italia"ya istinadla xəbər verir ki, çilili yarımmüdafiəçi ilə 2 illik anlaşma əldə edilib. Milan təmsilçisi 33 yaşlı futbolçunun keçidi üçün 1 milyon avro təzminat ödəyib.

 

Katalonlar Vidalı 2018-ci ildə "Bayern"dən 18 milyon avroya transfer etmişdi. "Kolo Kolo"nun yetirməsi "Bayer" (Leverkuzen) və "Yuventus"da da çıxış edib.

Tarix: 20 Sentyabr [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio