"Vulverhempton" "Barselona"nın futbolçusu ilə razılaşdı

11:11 - 21 Sentyabr 2020

"Vulverhempton" "Barselona"nın müdafiəçisi Nelson Semedunu transferini tamamlayıb.

 

Sportal.az "Sky Sports"a istinadla xəbər verir ki, "canavarlar" bu keçid üçün 29 milyon funt-sterlinq təzminat ödəməyi qəbul edib. Portuqaliyalı futbolçu ilə 5 illik razılıq əldə edilib. Transferin bu həftə rəsmiləşəcəyi gözlənilir.

 

Katalonlar Semedunu 2017-ci ildə "Benfika"dan 30 milyon avroya transfer edib. 26 yaşlı sağ cinah müdafiəçisi ötən mövsüm 21 oyun keçirib.

 

Xəbər xətti