"Çelsi" Mendi transferini tamamladı

12:45 - 21 Sentyabr 2020

"Çelsi" Fransanın "Renn" klubunun qapıçısı Eduard Mendini transfer edib.

 

Sportal.az "Sky Sports"a istinadla xəbər verir ki, London təmsilçisi 28 yaşlı qolkiperlə 4 illik razılıq əldə edib. "Zadəganlar" Seneqal millisinin üzvünün keçidi üçün 24 milyon avrosundan keçib. Transfer bu həftə açıqlanacaq.

 

"Renn" Mendini 2019-cu ilin yayında "Reyms"dən 4 milyon avroya transfer edib. O, ötən mövsüm Liqa 1-də keçirdiyi 24 oyunda 19 top buraxıb, 9 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

Xəbər xətti