Morata "Yuventus"da - rəsmi

"Yuventus" "Atletiko"nun hücumçusu Alvaro Moratanı satın alma şərti ilə icarəyə götürüb. 

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Turin təmsilçisi bu keçid üçün 10 milyon avro təzminat ödəyib. Oyunçu ilə 1+1 illik icarə sözləşməsi imzalanıb. "Qoca sinyora" ispaniyalı futbolçunu 45 milyon avroya transfer etmək hüququna sahibdir.

 

27 yaşlı hücumçu 2014-2016-cı illərdə "Yuve"də çıxış edib. O, A Seriyasında keçirdiyi 63 oyunda 15 qol vurub, 9 məhsuldar ötürmə etmişdi.

Tarix: 23 Sentyabr [01:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2020
23  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio