Daşürək Abdullayevdən danışdı

Türkiyənin “Boluspor” klubunun baş məşqçisi Əhməd Daşürək komandanın hazırlığından danışıb.

 

Sportal.az xəbər verir ki, TFF I liqa təmsilçisinin çalışdırıcısı yeni transfer Araz Abdullayevdən də söz açıb:

 

“İki həftədir göstərilən oyundan məmnun deyiləm. Ötən oyunla müqayisədə bu dəfə 5 dəyişiklik etmişdik. Bəzi oyunçular uzun fasilədən sonra meydana ayaq basdılar. Araz Abdullayev həftəiçi kollektivə qoşuldu və dərhal oyuna çıxdı. Həm o, həm də digərləri hələ tam hazır deyil. Fiziki və uyğunlaşma baxımdan çatışmazlıqlarımız var”.

 

"Boluspor" 2 turdan sonra 1 xal yığıb.

Tarix: 23 Sentyabr [14:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2020
23  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio