Millimiz Kiprlə heç-heçə etdi - YENİLƏNİB

Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv IV turda Kipr yığması ilə qarşılaşıb. Dağlıq Qarabağdakı hadisələr və ermənilərin terror aktları səbəbindən Bakıda deyil, Albaniyanın Elbasan şəhərində keçirilən görüşdə hesab açılmayıb - 0:0.

Bunadək Lüksemburqa 1:2, Monteneqroya isə 0:2 hesabı ilə uduzan yığmamız yeganə qələbəsini məhz Kipr üzərində qazanıb. Komanda səfərdə bu rəqibini 1:0 hesabı ilə üstələyib.

Qrupun digər oyununda Monteneqro Lüksemburqu qəbul edəcək.

4 turdan sonra 4 xalı olan Azərbaycan millisi 3-cü yerdədi. İlk xalını qazanan Kipr sonuncudu. Monteneqro 9 xalla lider, Lüksemburq 6 xalla ikincidi. Monteneqro öz meydanında Lüksemburqu məğlub etsə millimiz qrupdan çıxmaq şansını itirəcək.

Millətlər Liqası
C liqası, IV tur

13 oktyabr

20:00. Azərbaycan – Kipr - 0:0

Qaçırılan penalti: Qara Qarayev, 27


Baş hakim: Fran Yoviç (Xorvatiya)
Elbasan (Albaniya). “Elbasan Arena”

Tarix: 13 Oktyabr [21:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio