"Makkabi"nin məşqçisi: "Ən yaxşı oyunumuzu oynamadıq"

İsrailin "Makkabi" (Tel-Əviv) klubunun məşqçisi Makis Anqrlinas Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportal.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib:

“Qarabağ"ın ciddi komanda olduğunu bilirdik. Kompakt, taktiki cəhətdən düzgün oynamalı və əldə etdiyimiz imkanlardan yararlanmalı idik. Komandamız bəlkə də ən yaxşı oyununu göstərmədi. Lakin nəticə önəmli idi. Oyunçuların uyğunlaşması üçün çalışdıq. Onlar meydanda yaxşı iş gördülər”.

Tarix: 23 Oktyabr [10:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Dekabr 2020
30  Noyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio