Visente Qomesdən məğlubiyyət şərhi

17:42 - 31 Oktyabr 2020

"Sabah"ın baş məşqçisi Visente Qomes Premyer Liqanın VIII turunda "Qəbələ"yə səfər məğlubiyyətini (1:2) şərh edib.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis deyib:

"Birinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Amma əldə etdiyimiz qol fürsətlərindən istifadə edə bilmədik. Rəqib isə ilk hissənin sonlarında və ikinci hissənin əvvəlində fərqlənməyi bacardı.

Azlıqda qalmaq işimizi daha daçətinləşdirdi. Buna baxmayaraq, futbolçularım meydanda əllərindən gələni etdilər, qol da vurduq. Lakin digər qol fürsətlərini dəyərləndirə bilmədik və məğlub olduq".

Xəbər xətti