Koronavirusa yoluxan Xəlilzadə: "Səhhətim yaxşıya doğru gedir"

Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Təmkin Xəlilzadə koronavirusa yoluxması ilə bağlı paylaşım edib.

Sportal.az xəbər verir ki, instaqram hesabında yazan oyunçu sağlıq durumunun yaxşıya doğru getdiyini bildirib:

"Dostlar, yazan, maraqlanan, narahat olan, şəfa diləyən hər kəsə təşəkkür edirəm! Hazırda Xorvatiyada karantindəyəm, səhhətim yaxşıya doğru gedir. İnşallah, tezliklə görüşəcəyik. Ətrafınızı və özünüzü bu virusdan maksimum şəkildə qorumağa çalışın".

Azərbaycan millisinin iki üzvü Təmkin Xəlilzadə və Rahil Məmmədovun koronavirus testi müsbət çıxıb. Hər iki futbolçu hazırda Xorvatiyada karantindədi və test nəticələri mənfi olandan sonra Bakıya qayıda biləcək.

Tarix: 17 Noyabr [14:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio