"Zirə"nin "Neftçi" üstünlüyü - statistika

15:40 - 26 Noyabr 2020

Bu həftə Azərbaycan Premyer Liqasında IX turun oyunları keçiriləcək. “Zirə” səfərdə “Neftçi” ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, bu, iki komanda arasında yubiley – 20-ci qarşılaşma olacaq. İlk dəfə 2015-ci ildə üz-üzə gələn rəqiblər indiyədək Premyer Liqa çərçivəsində 19 dəfə görüşüb. “Zirə” bu matçlarda üstünlüyə malikdir. Aktivində 10 qələbə olan “qartallar” 5 dəfə bir xalla kifayətlənib və yalnız 4 matçda uduzub. 22 qol vuran komanda 18 top buraxıb.

“Neftçi”yə qarşı səfər matçlarında da üstünlük “qartallar”ın tərəfindədi. Səfərdəki 9 oyunda 3 qələbə və 4 heç-heçə əldə edən “Zirə” rəqib meydanında iki məğlubiyyət alıb. Bu görüşlərdə top fərqi meydan sahiblərinin xeyrinədir. Komanda 11 qol vurub, 13-nü buraxıb.

“Neftçi” - “Zirə” oyunu noyabrın 28-də keçiriləcək.

Xəbər xətti