"Fənərbağça" onu 1 aylıq itirdi

17:45 - 1 Dekabr 2020

"Beşiktaş"la matçda (3:4) zədələnən "Fənərbağça"nın futbolçularının durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, biləyindən zərbə alan Mauricio Lemosda heç bir qırıq aşkar edilmədiyi, Kemal Ademidə isə ikinci dərəcəli yırtıq meydana gəldiyi bildirilib.

Diz oynaq kapsulu zədələnən və əzələlərində qismən yırtıq yaranan Dieqo Perottinin isə 1 ay yaşıl meydanlardan uzaq qalması gözlənilir.

Xəbər xətti