"Qarabağ" - "Makkabi" oyununun hakimləri açıqlandı

12:56 - 2 Dekabr 2020

Avropa Liqasının V turunda "Qarabağ"ın "Makkabi" (Tel-Əviv) ilə keçiriləcək matçı üçün hakim təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, qarşılaşmanı İrlandiyadan olan ədalət təmsilçiləri idarə edəcək. Görüşün baş hakimi Robert Hennessi olacaq. Ona yan xətlərdə Allen Linç və Emmet Dinan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Pol Maklaflin yerinə yetirəcək.

Sabah İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Xəbər xətti