Premyer Liqada 3 oyun təxirə salındı - koronavirusa görə

Azərbaycan Premyer Liqasının XII turunun 5 dekabr tarixdə keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də 6 dekabrda keçirilməli olan “Zirə” – “Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxması səbəbindən təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Püşəkar Futbol Liqası məlumat yayıb. Görüşlərin yeni tarixi bəlli deyil.

XII turun “Qəbələ” – “Qarabağ” oyunu 6 dekabr, saat 16:00-da “Azersun Arena”da baş tutacaq.

Tarix: 3 Dekabr [20:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Yanvar 2021
23  Yanvar 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio