Unay Emeri: "Qarabağ"la oyuna da qələbə üçün çıxacağıq"

"Vilyarreal"n baş məşqçisi Unay Emeri Avropa Liqasında "Sivasspor"a qarşı səfər oyununu şərh edib.

Sportal.az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

"Sivasspor"la oyun bizim üçün çətin oldu. Sona qədər mübarizə apardılar. "Sivasspor"un yaxşı futbolçuları var və onlar əllərindən gələni etdilər. Oyunda məğlub ola bilərdik, amma yaxşı bir iş bacardıq".

Emeri qrup mərhələsinin son turunda "Qarabağ"a qarşı keçirəcəkləri ev oyunuyla da bağlı fikirlərini bildirib:

"3 xal bizə inam verdi və belə davam edəcəyik. "Qarabağ"la oyundan əvvəl növbəti mərhələyə vəsiqəni təmin etdik. Bu, bizə bir az rahatlıq verdi, lakin "Qarabağ"la oyuna da qələbə üçün çıxacağıq".

"Vilyarreal" - "Qarabağ" görüşü dekabrın 11-də keçiriləcək.

Tarix: 4 Dekabr [11:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Yanvar 2021
27  Yanvar 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio