"Neftçi"nin keçmiş futbolçusu Misir klubunda

11:03 - 13 Yanvar 2021

"Neftçi"nin keçmiş futbolçusu Kvame Karikarinin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, qanalı hücumçu karyerasını Misirin ENPPI klubunda davam etdirəcək. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

 

2018/2019 mövsümünün ilk yarısını "Neftçi"də keçirmiş Karikari 10 oyunda 2 qol vurub.

Xəbər xətti